Hirkan Milli Parkında  yanğın davam edir

Hirkan Milli Parkında yanğın davam edir

15 Yanvar 2021 13:56
Bəyəndim (0) Bəyənmədim (0)

Hirkan Milli Parkında (Astara rayonu ərazisi) yanğın davam edir.

Oxuməni.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində davam edən yanğının söndürülməsi küləyin güclənməsi səbəbindən bir qədər də çətinləşib. Yanğının söndürülməsi və geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə Fövqəladə Hallar Nazirliyindən (FHN) əlavə qüvvələr cəlb olunub.

Hazırda Cənub Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları mürəkkəb relyef şəraitində (yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur) yanğınsöndürmə işlərini həyata keçirirlər.

Bu gün səhər saatlarından etibarən FHN-nin Aviasiya dəstəsinin "BE-200ÇS" amfibiya təyyarəsi yanğının söndürülməsinə cəlb olunub.

Oxuməni.az