Norveçdə 29 nəfər  koronavirus vaksini vurulmasından sonra ölüb

Norveçdə 29 nəfər koronavirus vaksini vurulmasından sonra ölüb

18 Yanvar 2021 10:39
Bəyəndim (0) Bəyənmədim (0)

Norveçdə 29 nəfərin «Pfizer» və «BioNTech» şirkətlərinin koronavirus vaksini vurulmasından sonra ölməsi ilə bağlı narahatlıq artmaqdadır.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə «Bloomberq»in yaydığı məlumatda deyilir. Məsələ ilə bağlı nəşr yazır ki, ölənlərin hamısı bu vaksinlə peyvənd olunanlardır. Norveçin Dərman vasitələri Agentliyi də (NoMA) xəbər verib ki, bütün ölümlər məhz «Pfizer» vaksini ilə bağlıdır. Çünki cümə gününə qədər ölkədə digər vaksinlər əlçatan olmayıb. Orada dəqiqləşdiriblər ki, bütün ölənlərdə peyvəndləmədən sonra ciddi xəstəliklər olub, onların minimal yaşı 75 il təşkil edib. Norveçdə ən azı bircə vaksin dozası alanların sayı artıq 42 min nəfər ətrafındadır.

«İnsanların əksəriyyəti vaksinin gözlənilən kənar effektlərini - ürəkbulanma, öyümə, qızdırma, iynənin vurulduğu yerdə reaksiya və əhvalın ümumi pisləşmsi effektlərini yaşyıblar» - NoMA-nın xəbərində deyilir.

Bu fonda Norveçin ictimai səhiyyə institutunda belə bir fikir irəli sürüblər ki, «ən ağır xəstəlikləri olan insanlar üçün hətta nisbi yüngül effektlər ciddi nəticələrə səbəb ola bilər». NoMA-da qeyd ediblər ki, belə insdentlərin başqa ölkələrdə də olduğundan xəbərdardırlar.

Oxuməni.az