Sumqayıtda ağır yol-nəqliyyat qəzaları baş verib

Sumqayıtda ağır yol-nəqliyyat qəzaları baş verib

21 Yanvar 2021 11:13
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıtda ağır yol-nəqliyyat hadisələri baş verib.

Oxuməni.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Sumqayıt şəhəri ərazisində “İsuzu” markalı yük avtomobili yol kənarında dayanan “КамАЗ” markalı yük avtomobilinə çırpılıb. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasediciləri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan “İsuzu” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bundan başqa Sumqayıt şəhəri ərazisində “ВАЗ” markalı minik avtomobili və “КамАЗ” markalı yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasediciləri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Oxuməni.az