Kamran Əliyev məşhur prokuroru işdən çıxartdı

Kamran Əliyev məşhur prokuroru işdən çıxartdı

22 Yanvar 2021 11:55
Bəyəndim (12) Bəyənmədim (0)

Abşeron rayon prokuroru Rahib Seyidov 5 illik müddətin başa çatması ilə əlaqədar işdən azad edilib.

Oxuməni.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Həmin vəzifəyə Baş Prokurorluqda İstintaq İdarəsinin rəis müavini Qabil Qasımov təyin edilib. Rahib Seyidova isə Baş Prokurorluğun Xüsusi Müsadirə Məsələlərinin Əlaqələndirmə İdarəsinin prokuroru vəzifəsi həvalə edilib. Qeyd edək ki, Rahib Seyidov prokurorluq orqanlarında tanınmış simadır. O, Abşerondan əvvəl Göygöl, İsmayıllı və Şəkidə prokuror vəzifəsində çalışıb.

Zaur