Bakıda baş verən yol qəzasında xəsarət alan qadının vəziyyəti ağırdır

Bakıda baş verən yol qəzasında xəsarət alan qadının vəziyyəti ağırdır

23 Yanvar 2021 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxuməni.az-ın məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması zamanı 1989-cu il təvəllüdlü Quliyeva Şahanə Ayaz qızı müxtəlif xəsarətlər alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.