Xırdalanda dağıntılar altında daha bir uşağın qaldığı ehtimal olunur

Xırdalanda dağıntılar altında daha bir uşağın qaldığı ehtimal olunur

26 Yanvar 2021 10:41
Bəyəndim (0) Bəyənmədim (0)

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin (FHN) qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı hələ də davam etdirilir.

Oxuməni.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib. Bildirilib ki, hazırda dağıntılar altında qaldığı ehtimal olunan azyaşlının xilas edilməsi üçün axtarış-xilasetmə əməliyyatı aparılır. Dağıntılar altında qaldığı ehtimal olunan uşaq 2012-ci il təvəllüdlü Fatimə Musayevadır. İndiyədək dağıntılar altından 6 nəfər vətəndaş xilas olunaraq təhvil verilib, daha bir nəfərin isə cəsədi çıxarılıb.