Etirazçılar Paşinyanın diplomatik pasportunu oğurlayıblar

Etirazçılar Paşinyanın diplomatik pasportunu oğurlayıblar

28 Yanvar 2021 10:34
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Baş naziri Nikol Paşinyanın diplomatik pasportu 10 noyabr 2020-ci ildə hökumət binasına soxulmuş insanlar tərəfindən oğurlanıb.

Oxuməni.az ria.ru-ya istinadən xəbər verir ki, noyabrın 10-na keçən gecə Yerevanda nümayişçilər Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair bəyanatın imzalanmasından narazı qalaraq küçələrə axışıblar və baş naziirn iqamətgahına hücum ediblər. Daha sonra Paşinyan bildirib ki, həmin gün baş nazirin iqamətgahında kompüter, saat, ətir, sürücülük vəsiqəsi və digər əşyalar oğurlanıb.

"Noyabrın onunda bir qrup insanın Ermənistan hökumətinin binasına daxil olması nəticəsində 14 diplomatik pasport oğurlanıb. Bu pasportların arasında Ermənistan Baş nazirinin diplomatik pasportu var idi", - deyə Naqdalyan "Armenpress" Dövlət Agentliyinə bildirib.