Tərtərdə traktorçu yer şumlayarkən  minaya düşüb

Tərtərdə traktorçu yer şumlayarkən minaya düşüb

28 Yanvar 2021 16:54
Bəyəndim (0) Bəyənmədim (0)

Baş prokurorluq Tərtərdə traktorçunun minaya düşməsilə bağlı açıqlama yayıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, açıqlamada deyilir:

"28 yanvar 2021-ci il tarixdə saat 12 radələrində Azərbaycan Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Ələkbərov Elgün Mahmud oğlu Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində traktorla yer şumlaması işləri apararkən tank əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır".

Oxuməni.az