Rusiyada baş vermiş ağır avtoqəzada ölənlərin sayı artmaqda davam edir

Rusiyada baş vermiş ağır avtoqəzada ölənlərin sayı artmaqda davam edir

30 Yanvar 2021 14:42
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Samara vilayətində üç avtomobilin toqquşması nəticəsində ölənlərin sayı 12-yə yüksəlib.

Oxuməni.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin açıqlamasında qeyd olunub.

“Daha 12 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, onlardan beşi reanimasiyadadır”, - məlumatda belə deyilir.

Bundan əvvəl avtoqəza nəticəsində 11 nəfərin öldüyü, 15 nəfərinsə xəsarət aldığı deyilirdi. Vilayətin Səhiyyə Nazirliyinin məlumatına görə, onlardan 13-ü xəstəxanaya yerləşdirilmiş, səkkizi ağır vəziyyətdə olub.

Qeyd edək ki, yol qəzası Sızran rayonunun Zaborovka kəndi ərazisində, M-5 “Ural” federal avtomobil yolunda baş verib. Hadisə zamanı yük maşını, mikroavtobus və minik maşını toqquşub.

Avtoqəza ilə əlaqədar cinayət işi başlanılıb, istintaq araşdırmaları aparılır.