Gəncə şəhərində yol qəzası baş verib

Gəncə şəhərində yol qəzası baş verib

6 Fevral 2021 11:47
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncə şəhərində yol qəzası baş verib.

Oxuməni.az-ın verdiyi xəbərə görə, hadisə Fikrət Əmirov parkı yaxınlığında qeydə alınıb.

Belə ki, "Mercedes" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə Oğuz rayon sakini, 1980-ci il təvəllüdlü Elnarə Rəsulova və onun azyaşlı övladı xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Uşağın vəziyyəti normal, qadının vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.