Ordumuzun daha 4 hərbi qulluqçusu minaya düşdü

Ordumuzun daha 4 hərbi qulluqçusu minaya düşdü

9 Fevral 2021 14:19
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin Tərtər rayonu istiqamətində minaya düşdüyünü təsdiqləyib.

Nazirlikdən Oxuməni.az-a bildirilib ki, fevralın 8-də Tərtər rayonu istiqamətində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu Duniyev Kamil Əlibala oğlu, Əhmədzadə Həsən Alik oğlu, Orucov Elşad Lətif oğlu, Ağayev Məhərrəm Oktay oğlu xəsarət alıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralılar hospitala təxliyə edilib. Hazırda hərbi qulluqçular həkimlərin tam nəzarəti altındadır.

Vəziyyətləri stabildir, həyatları üçün təhlükə yoxdur.