Qaz ilə əyləcin yerini dəyişik saldı, qəza törətdi

Qaz ilə əyləcin yerini dəyişik saldı, qəza törətdi

9 Fevral 2021 15:56
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada lüks avtomobil qalereyasına gedən Maykl Litvin adlı şəxs oradakı avtomobillərdən birini yoxlayarkən qaz ilə əyləcin yerini dəyişik salıb.

Oxuməni.az xəbər verir ki, o, avtomobili qalereyanın şüşə piştaxtasına çırpıb. Nəticədə avtomobil zədələnib.

Bildirək ki, Maykl Litvin rusiyalı sosial media fenomenidir. O, hadisədən sonra sosial şəbəkə hesabında paylaşım edərək qaz ilə əyləcin yerini dəyişik saldığını deyib. Lakin Rusiya mediası Litvinin onun lüks avtomobillərlə tez-tez bu cür zarafatlar etdiyini yazıb. Həmçinin hadisənin videoya çəkilməsinin qəzanı bilərək törətdildiyini göstərən sübut olduğu da qeyd olunub.