Rusiyada faciə baş verib: Mədən çöküb, 98 nəfər uçqunlar altında qalıb

Rusiyada faciə baş verib: Mədən çöküb, 98 nəfər uçqunlar altında qalıb

14 Fevral 2021 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Kuzbas bölgəsinin Novokuznetsk şəhərində yerləşən mədən çöküb, 98 nəfər dağıntı altında qalıb.

Oxuməni.az Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadən xəbər verir ki, hadisə mədəndə qayanın çökməsi nəticəsində baş verib.

Əraziyə 24 xilasedici, 5 texnika cəlb olunub. Xilasedicilər 92 nəfəri səthə çıxarıb. Beş nəfər bərpa işlərini təmin etmək üçün mədəndə qalıb. Bir nəfərin öldüyü bildirilir.