ABŞ-da kəskin hava şəraiti səbəbindən ölənlərin sayı artmaqda davam edir

ABŞ-da kəskin hava şəraiti səbəbindən ölənlərin sayı artmaqda davam edir

19 Fevral 2021 09:32
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın yeddi ştatında şaxta və pis hava şəraiti səbəbindən ölənlərin sayı daha 34 nəfər artıb.

Oxuməni.az xəbər verir ki, bu barədə “CBS” telekanalı məlumat yayıb. Məlumata görə, ən çox ölüm sayı Texas ştatında qeydə alınıb, burada kəskin hava şəraiti ilə əlaqədar 20 nəfər həyatını itirib. Ümumilikdə isə soyuqdan ölənlərin sayı artaraq 74 nəfərə çatıb. Bundan əvvəl isə daha 40 nəfər soyuqdan donaraq ölmüşdü.

Qar fırtınası səbəbindən təxminən 300 min Texas sakini hələ də elektrik enerjisindən məhrum vəziyyətdədir, onlardan 260 mindən çoxu həm də su ilə təmin edilmir. Ştatın ərazisinin böyük bir hissəsində anomal şaxtalı hava hökm sürür. Çərşənbə günü pis hava səbəbindən təxminən 2300 daxili və xarici aviareys ləğv edilib.

İşıqsız qalan ştat sakinləri avtomobillərində isinməyə çalışırlar. Bu da avtomobildə dəm qazından zəhərlənməyə səbəb olur. Daş və qaz sobaları ilə isinmək və ya generator istifadə etmək cəhdləri isə yanğına gətirib çıxarır. Bəzi mağazalar elektrik olmaması səbəbindən işləmir, qalanlarının qarşısında isə uzun növbələr var.

Həmid