Türk şirkətinə məxsus olan gəmidə zəhərlənmə: Ölən var

Türk şirkətinə məxsus olan gəmidə zəhərlənmə: Ölən var

20 Fevral 2021 11:13
Bəyəndim (0) Bəyənmədim (0)

Türk şirkətinə məxsus olan gəmidə zəhərlənmə faktı qeydə alınıb.

Oxuməni.az xəbər verir ki, hadisə Kerç boğazında olan “April” gəmisində baş verib. Hava şəraiti ilə əlaqədar gəminin limana yaxınlaşması mümkün olmayıb.

Heyətin 5 üzvü səhhətindəki narahatlıq səbəbilə həkimə müraciət edib. Onlardan biri müdaxilələrə baxmayaraq, həyatını itirib.

Hazirda qardaş ölkənin Moskvadakı səfirliyi üzləşilən problemlə əlaqədar Moskvanın aidiyyəti qurumları ilə əlaqə saxlayır.