Qar paytaxtda 24 qəzaya səbəb oldu

Qar paytaxtda 24 qəzaya səbəb oldu

24 Fevral 2021 10:49
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtda qarlı hava şəraiti ilə əlaqədar gecədən bu saatadək maddi zərərlə nəticələnən 24 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Oxuməni.az xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov axar.az-a açıqlamasında deyib. O bildirib ki, qəzalar sürücülərin əyləc sistemindən düzgün istifadə etməməsi, yol və meteoroloji şəraitin düzgün nəzərə alınmaması nəticəsində olub:

"Hazırda paytaxtın inzibati ərazisinə düşən bütün küçə və prospektlər əməkdaşlarımız tərəfindən tam nəzarətə götürülüb. Qarın yağması hərəkətlə bağlı müəyyən problemlər yaşadır. Belə hava şəraitində sürücülər daha diqqətli olmalı və əyləc sistemindən istifadə etmədən, sürət həddinə diqqət yetirməklə, ara məsafəsini düzgün saxlamaqla hərəkət etməyə üstünlük verməlidir. Bu saatlarda maddi zərərlə nəticələnən bir neçə yol-nəqliyyat hadisəsi qeydə alınıb. Eyni zamanda texniki nasaz nəqliyyat vasitələrindən istifadə edilən ərazilərdə belə süni sıxlığın yaşanması var. Bir daha sürücülərə şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyə edirik.

Piyadalar da yolların hərəkət hissəsinə çıxmaqla özlərini və sürücülərin hərəkətinə maneə yaradırlar. Belə hava şəraitində ictimai nəqliyyatdan istifadə edilməsini məqsədəuyğun hesab edirik".

Oxuməni.az