Çayı keçmək istəyən futbolçu yoxa çıxdı

Çayı keçmək istəyən futbolçu yoxa çıxdı

7 Mart 2021 10:44
Bəyəndim (15) Bəyənmədim (0)

İspaniyanın "Vilyarreal" klubunun sabiq futbolçusu Franko Akosta vətəni Uruqvayda çayı keçməyə cəhd edərkən itkin düşüb.

Oxuməni.az-ın məlumatına görə, Uruqvay dənizçiləri və polisləri 25 yaşlı hücumçunun axtarışına başlayıblar. Hadisə martın 6-da gündüz saatlarında baş verib. Akosta Kanelones departamentində qardaşı ilə çayı keçmək istəyərkən, yoxa çıxıb. Polisi məhz onun qardaşı məlumatlandırıb. Dənizdə xilasetmə və axtarış üzrə koordinasiya mərkəzi həmin əraziyə hərbçiləri və dəniz piyadalarını çıxarıb. Ölkənin Hərbi Dəniz Qüvvələri futbolçunu axtardıqlarını açıqlayıb.

Qeyd edək ki, Franko Akosta 2020-ci ilin yayından Uruqvayın "Atenas" komandasının formasını geyinir. Hazırda onun transfer məbləği 125 min avro qiymətləndirilir.