Peyvənd olunan partiya sədri koronavirusa yoluxdu

Peyvənd olunan partiya sədri koronavirusa yoluxdu

10 Mart 2021 10:58
Bəyəndim (6) Bəyənmədim (0)

Fevral ayının 23-ü koronavirus əleyhinə peyvənd olunan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn koronavirusa yoluxub.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə Yenisabah.az-a danışan partiya sədri COVID-19 əleyhinə peyvəndləmədə iştirak etsə də, yoluxduğunu bildirib:

“Bəli, yayılan xəbərlər doğrudur. Koronavirusa yoluxmuşam. Hal-hazırda müalicə alıram, yazılanlar həqiqətə uyğundur. Bu barədə başqa bir şey danışmaq istəmirəm”.

Qeyd edək ki, P.Hüseyn bir müddət əvvəl vətəndaşlara peyvəndləmə ilə bağlı çağırış etmişdi: “Vaksinasiya prosesinin təşkilatçılarına, həkimlərə təşəkkür edirəm. Hamımız peyvənd olunaraq, xəstəliyə qalib gəlməliyik, inşallah düşərli olar".

Oxuməni.az