Sərxoş sürücü 2 erməni hərbçisini öldürdü: 4 nəfər yaralandı

Sərxoş sürücü 2 erməni hərbçisini öldürdü: 4 nəfər yaralandı

15 Aprel 2021 13:17
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın Kotayk vilayətində sərxoş sürücü altı hərbçini vurub.

Oxuməni.az xəbər verir ki, hadisə Aramus kəndində baş verib.

Olay zamanı iki nəfər yerindəcə ölüb. Dörd nəfər xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb.

Məlumata görə, sürücü hadisə yerindən qaçıb.

Buna baxmayaraq qəzanın günahkarı tapılaraq, nəzarətə alınıb. Bu, 34 yaşlı bölgə sakini Karen Mikaelyandır. Qəza zamanı onun sərxoş olduğu ortaya çıxıb.