Xudayarı təhqir edən gənci bu cür döydülər - Video

Xudayarı təhqir edən gənci bu cür döydülər - Video

29 Aprel 2021 10:12
Bəyəndim (0) Bəyənmədim (0)

Sosial şəbəkədə şəhid Xudayar Yusifzadə haqqında nalayiq ifadələr işlədən şəxs döyülüb.

Oxuməni.az xəbər verir ki, Fuad Rəsulzadə adlı gənc bir müddət öncə Tvitter sosial şəbəkəsində "Xudayar çoxdandır təzə mahnı buraxmır” adlı status yazmışdı. Bu sözlər sosial şəbəkədə kəskin etirazla qarşılanmışdı.

Bu gün həmin gəncin döyülməsi haqda video sosial şəbəkədə paylaşılıb.

Onu kimlərin döydüyü məlum deyil. Həmin videonu təqdim edirik:

Baş verən hadisə isə müvafiq qurumların diqqət mərkəzindədir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə istifadəçisi Fuad Rəsulzadənin döyülməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Modern.az-a bildirilib ki, yayılan videogörüntülərdən xəbərdardırlar.

“Videogörüntülərdən məlumatlıylıq. Vətəndaşa fiziki təzyiq göstərməklə onu döyməkdə şübhəli şəxslərin müəyyən olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, Tvitterdə “Əhməd” adlı hesabdan “Xudayar çoxdandı təzə mahnı buraxmır” deyə ironik paylaşım edilib. Fuad Rəsulzadə həmin sözləri özünün yazdığını açıqlayıb.

Daha sonra sosial şəbəkələrdə F.Rəsulzadənin döyülməsini əks etdirən görüntülər yayılıb.