Bir ildə iki dəfə “qəhrəman” adı alan kosmonavt – Brejnev Şatalova daha bir mənzil verib

Bir ildə iki dəfə “qəhrəman” adı alan kosmonavt – Brejnev Şatalova daha bir mənzil verib

5 Dekabr 2021 08:03
Bəyəndim (0) Bəyənmədim (0)

O, bir ildə iki dəfə Sovet İttifaqı Qəhrəmanı adını alıb, 1969-cu ilin yanvar və həmin ilin oktyabr ayında. Hər iki qızıl ulduzu ona Leonid Brejnev şəxsən təqdim edib. İkinci görüşləri isə daha maraqlı və daha “şən” keçib. Brejnevin kosmonavt Vladimir Şatalovla zarafatları Siyasi Büri üzvlərini sözün əsl mənasında uğundurub.

1969-cu ilin oktyabr ayında Kremldə kosmonavt Vladimir Şatalovun kosmosa ikinci uğurlu uçuşunun şərəfənə tədbir təşkil olunub. Siyasi Bürio üzvlrinin, Mərkəzi Komitə katiblərinin iştirak etdiyi tədbirdə Brejnev qısa nitq söyləyib, daha sonra kosmonavta “Qızıl ulduz” medalını təqdim edib. Tədbirin rəsmi hissəsindən sonra baş katib şampan şərabı süzülmüş qədəhini qaldıraraq Şatalova müraciət edib:

- Vladimir Aleksandroviç, siz bu il artıq ikinci dəfədir ki, Kremldə olursunuz. Biz heç Amerika prezidentlərini ildə iki dəfə Kremldə qəbul etmək həvəsində deyilik. Bu, o deməkdir ki, sizin SSRİ üçün xidmətləriniz olduqca böyükdür. Siz kosmosa tez-tez uçun ki, biz də tez-tez bir yerə toplaşaq. Yoxsa məmurlarımız kabinetlərdə mürgüləməkdən yorulublar. Lazım olsa kosmosda sizə bir mənzil də verərik.
Mənzil söhbətindən sonra Brejnev üzünü Moskva şəhər partiya komitəsinin birinci katibi Viktor Qrişinə tutub:

4615029.jpg (85 KB)

- Viktor Vasilyeviç, mənzil məsələləri ilə siz məşğul olursunuz. Şatalov üçün üçün yuxarılarda bir mənzil ayırın.

Qrişin bu zarafatdan özünü itirməyib:

- Leonid İliç, kosmosda hakim partiyanın Kommunist Partiyası olmasına şübhə etmirəm. Amma oranın birinci katibi mən deyiləm, buna görə də mənim səlahiyyətim daxilində deyil.

- Onda siz uçuşa hazırlaşın, mən sizi kosmosda ən yüksək vəzifəyə təyin edəcəm.

- Leonid İliç, biz məsələni yerdə də həll edə bilərik. Şatalova Moskvada yeni mənzil verməklə onun məişət şəraitini yaxşılaşdırarıq.

upload-RIAN_857024.HR-pic4_zoom-1500x1500-12678.jpg (130 KB)

Həmin tədbirdə Vladimir Şatalova Moskvanın Kutuzov prospektində mənzil verilməsi məsələsi həll olunub.

Viktor Qrişin sonralar yazdığı xatirələrdə həmin tədbiri belə xatırlayıb: “Kosmonavtların mənzil məsələsi həmişə diqqətimizdə olurdu. Şatalova da yeni mənzilin verilməsi iki-üç aya həll olunacaqdı. Biz ona mənzil təklif etmişdik. Amma o, məhz Moskvanın mərkəzində ev istəyirdi. Şatalov Ulduz şəhərciyində mənzilə sahib idi. Ona görə də biz bu məsələdə çox da tələsmirdik. Həmin tədbir isə məsələni tezləşdirdi. Adətən Brejnevin əhvalı xoş olanda çox səxavətli olurdu. Bu görüşdə də onun kefi kök idi. Amma məni kosmosa “göndərməsi” bir müddət Kremldə əsl lətifəyə çevrilmişdi. Həmkarlarım tez-tez məndən soruşurdular ki, kosmosda bağ evi, mənzil məsələsi necə həll olunur...”

Beləliklə, Vladimir Şatalov ikinci “qızıl ulduz”la bərabər baş katibdən həm də mənzil də ala bilib.

hoDSWKPr.jpg (178 KB)

Vladimir Şatalov 1927-ci ildə Qazaxstanın Petropavlovsk şəhərində anadan olub. Sonralar ailə Leninqrada köçüb. Müharibə başlananda o, 6-cı sinifdə oxuyub. Məktəbli Şatalov bir neçə ay Leninqradda müdafiə istehkamlarının qurulmasında iştirak edib. Daha sonra ailə Petropavlovska təxliyə edilib.

Orta məktəbi bitirdikdən sonra Şatalov əvvəlcə Kaçinskdəki təyyarəçilər məktəbində, daha sonra isə SSRİ Silahlı Qüvvələrinin Hərbi Hava Akademiyasında təhsil alıb. Bir müddət Odessa hərbi dairəsində aviasiya alayında xidmət etdikdən sonra o, 1963-cü ildə kosmonavtlar dəstəsinə qəbul edilib. Altı illik hazırlıqdan sonra Şatalov birinci dəfə 1963-cü ilin yanvarın 14-də, ikinci dəfə həmin ilin oktyabrın 13-də, üçüncü dəfə isə 1971-ci ilin aprelin 22-də kosmosu fəth edib.

1971-ci ilin iyul ayında Şatalov SSRİ Silahlı Qüvvələri hərbi hava qüvvələrinin komandanının köməkçisi vəzifsinə təyin olunub. 1987-ci ildən 1991-ci ilə qədər isə kosmonavtların hazırlıq mərkəzinin rəisi vəzifəsində xidmət edib.

Aviasiya general-leytenant rütbəsi daşıyan Şatalov 1972-ci ildə dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsini alıb.

Bir neçə kitabın müəllifi olan Şatalov “Kosmosa gedə çətin yollar” kitabında öz tərcümeyi-halını qələmə alıb.

upload-RIAN_6151886.HR-pic4_zoom-1500x1500-52902.jpg (132 KB)

İlk baxışdan ciddi və sərt insan təəssüratı yaradan kosmonavt çox mehriban, qayğıkeş və maraqlı bir şəxs olub. O, əsasən mədəniyyət və incəsənət xadimləri ilə dostluq edib. Lev Leşenko, İosif Kobzon kimi tanınmışlar Şatalovun ailə dostları olublar.

Şatalovla Fidel Kastro arasında da dostluq münasibətləri olub. Kuba lideri SSRİ-yə səfərində Şatalovla birlikdə balıq ovunda əyləniblər, daha sonra Kastro onun mənzilində qonaq olub.Ağır müharibə illərində yaşamasına, həmişə fiziki gərginlikdə olmasına baxmayaraq Vladimir Şatalov uzun ömür sürüb. O, 2021-ci ildə, 93 yaşında vəfat edib. Kosmonavt hərbi şərəflə federal hərbi memorial qəbirstanlığında dəfn olunub. Musavat.com