Beriyanın güdazına gedən nazir – Rozenqoltsun ədalətli bölgüsü edamla nəticələnib

Beriyanın güdazına gedən nazir – Rozenqoltsun ədalətli bölgüsü edamla nəticələnib

26 Fevral 2023 16:38
Bəyəndim (0) Bəyənmədim (0)

Məhkəmə prosesində hakimin uzun-uzadı çıxışını, çoxsaylı suallarını, dövlət ittihamçısının tikanlı ifadələrini o, təbəssümlə qarşılayıb. Arkadi Rozenqolts antisovet fəaliyyətdə ittiham olunmaqla yanaşı, həm də İosif Stalinə sui-qəsd cəhdində təqsirləndirib. Bu ittihamla bağlı hakimin ünvanladığı suala Rozenqolts təmkinlə cavab verib:

“Məni 1934-cü ilin avqust ayında Stalinə sui-qəsd cəhdində ittiham edirsiniz. İttihamnamədə qeyd edilir ki, mən Stalinin qəbuluna gedib onu güllələmək istəmişəm. Nəzərinizə çatdırım ki, həmin ilin avqust ayında iki dəfə Stalinlə görüşmüşəm. Birinci dəfə kabinetində, ikinci dəfə qəbul otağında. Kabinetə gedəndə silahımı təhvil vermişəm, qəbul otağında isə tabel silahım üstümdə olub. Hər iki görüşümüz işgüzar şəraitdə keçib, xarici ticarət məslələrini müzakirə etmişik, aramızda heç bir fikir ayrılığı olmayıb və bu görüşlər zamanı heç bir insident baş verməyib. Bu gün də yoldaş Stalin sağ-salamat öz fəaliyyətini davam etdirir. İndi mənim sizə bir sualım var. Siz hansı fakta əsaslanaraq məni ittiham edirsiniz?..”

668px-Rozengolts.jpg (120 KB)

Sözsüz ki, Rozenqoltsun bu sualı cavabsız qalıb. Hakim ona ölüm hökmü oxuyub və son söz demək hüququnu verib. Rozenqolts səsinin tonunun qaldıraraq üzünü zaldakılara tutub:
“Yaşasın bir qələbədən digər qələbəyə gedən, çiçəklənən, qüdrətli SSRİ! Yaşasın Stalinin rəhbərlik etdiyi bolşeviklər partiyası! İki dünyanın qaçılmaz toqquşmasında kommunizm qalib gələcək!”

48 yaşlı Arkadi Rozenqolts iki gün sonra, 15 mart 1938-ci ildə güllələnib.

1889-cu ildə Vitebskdə anadan olan Rozenqolts 17 yaşında bolşeviklər partiyasının üzvü olub. İnqilabi proseslərdə fəal iştirak edib. Xüsusilə oktyabr inqilabı zamanı təşkilati işlərdə fərqlənib.

İnqilabdan sonrakı dövrdə Rozenqolts fəaliyyətini qırmızı orduda davam etdirib. Hərbi müxalifətə qarşı sərt mövqe sərgiləyib. 1923-cü ildə o, ordunun hərbi hava qüvvələrinin rəis təyin edilib.

Arkady_Rosengolts.jpg (108 KB)

Rozenqolts 1927-ci ildə ordudan tərxis olunaraq partiya işinə keçib, Mərkəzi İcraiyyə Komitəsinə üzv seçilib, partiyanın nəzarət komissiyasında işləyib. 1930-cu ildə onu SSRİ daxili və xarici ticarət komissarının (nazirinin) müavini təyin ediblər. İki ay bu vəzifədə işlədikdən sonra nazirliyin strukturunda dəyişiklik edilib. Xarici Ticarət Nazirliyi ayrıca bir qurum kimi fəaliyyətə başlayıb və Rozenqolts bu quruma komissar təyin edilib.

Bu vəzifə Rozenqoltsa böyük problemlər yaradıb. Nazirin cətinlikləri xarici ticarət əlaqələrinin yaradılması, qurumun idarə edilməsi ilə bağlı olmayıb. Problemləri SSRİ-nin dövlət məmurları yaradıb. Xarici məhsulların qıt olduğu bir vaxtda yüksək ranqlı məmurlar özlərini və ailələrini xaricdə istehsal olunmuş keyfiyyətli mallardan məhrum etmək istəməyiblər. Eyni zamanda müttəfiq respublikalara bölgü zamanı birinci katiblər Rozenqoltsdan öz respublikalarına xüsusi diqqət ayırmağını xahiş və tələb ediblər.

Rozenqoltsun köməkçisi Vitali Lyaqinov sonralar bu məsələ ilə bağlı aşağıdakı açıqlamaları verib:
“Rozenqolts olduqca ciddi bir komissar, həm də son dərəcə düzgünlüyü, ədaləti sevən bir şəxs idi. O, öz xidməti vəzifəsində heç vaxt ayrı-seçkiliyə yol vermirdi. Qanun necə tələb edirdisə, o cür də hərəkət edirdi. Hər ilin yanvar-fevral ayında xarici məhsulların respublikalara bölgüsü aparılırdı. Ən böyük problem də bu bölgülər zamanı başlanırdı. İndi də yaxşı xatırlayıram, 1934-cü ilin yanvar ayı idi. Mən komissarın kabinetində ona sənədləri təqdim edirdim. Dövlət telefonuna zəng gəldi. Rozenqolts sənədlərə baxdığından zəngə selektorla cavab verdi. Zəng vuran Gürcüstanın birinci katibi Lavrenti Beriya idi. O, çox quru, bir az da əsəbi səslə salamlaşdıqdan sonra iradlara başladı:

9353a528-9256-11ed-b818-02420a0000c9_1024.jpg (197 KB)

- Arkadi Pavloviç, belə düşünürəm ki, bölgü sizdən xəbərsiz aparılır. Artıq ikinci ildir ki, Gürcüstana göndərilən məhsulların sayı azalır. Siz bu məsələyə nəzarət edin. Gürcüstana xüsusi diqqət ayrılmalıdır.
Beriya Gürcüstan məsələsini Stalinin vətəni olduğu üçün qabardırdı. Rozenqolts Beriyanın iradını cavabsız qoymadı:

- Bölgü şəxsən mənim iştirakımla aparılır və bu məsələdə heç bir ayrı-seçkilik ola bilməz. Biz Komissarlar Sovetinin (Nazirlər Sovetinin) müvafiq təlimatı ilə bölgü aparırıq. Gürcüstan da digər respulikalardan heç nə ilə fərqlənmir.

Komissarın bu cavabı Beriya üçün gözlənilməz oldu və o, qəzəbini gizlədə bilmədi:

- Siz, deyəsən, kiminlə danışdığınızı və söhbətin hansı respublikdan getdiyini unutmusunuz.

- Qətiyyən, mən Beriya ilə danışıram, Gürcüstanın birinci katibi ilə. Siz isə ittifaq miqyaslı komissarla.

Telefon danışığı bununla bitdi. Rozenqolts bölgüdə heç bir dəyişiklik etmədi...”

А._П._Розенгольц.jpg (69 KB)

Rozenqoltsa belə zənglər çox olub. Lazar Kaqanoviç, Anastas Mikoyan, Andrey Jdanov komissarı ailələrinin rifahına görə daha çox narahat ediblər. Komissar onlarla ümumi dil tapa bilsə də, Beriya ilə münasibətləri düzəlməyib.

1937-ci ilin oktybrında Beriya Kremldə Stalinlə görüşəndə, onun “NKVD”-yə gətirilməsi müzakirə olunanda onlar başqa məsələlərə də toxunublar. Beriya Stalinə bildirib ki, Rozenqolts “NKVD” rəhbəri Nikolay Yejovla əlbir olub ona sui-qsd hazırlamaq istəyib. Elə bu görüşün səhərisi günü Stalinin göstərişi ilə Rozenqolts həbs edilib. Yejovun həbsini isə Stalinlə Beriya bir az sonraya saxlayıblar...Musavat.com