Elm və təhsilin ilk təməli – məktəb

Elm və təhsilin ilk təməli – məktəb

28 Fevral 2020 13:19
Bəyəndim (50) Bəyənmədim (1)

Məktəb - elmin başlanğıcı, ilk təməli və özəlidir. Elmə gedən yol da məhz elə məktəbdən başlayır. Məktəb hər bir insanın təhsil aldığı ilk elm beşiyidir. İnsan uşaq vaxtlarından yeniyetmə yaşınadək burada təhsil alıb, cəmiyyətə yararlı bir vətəndaş kimi yetişir. Təbii ki, burada müəllimlərin zəhməti və səyi əvəzolunmazdır. Hər bir insanın cəmiyyət üçün yararlı bir vətəndaş kimi yetişməsində birmənalı olaraq müəllimlərin rolu böyükdür. Belə müəllimlərdən biri də Rəna Rzayevadır. O, Bakı şəhəri Binəqədi rayonu Elşən Sultanov adına 217 nömrəli tam orta məktəbin 1a sinifinin rəhbəridir. Rəna xanım bu birincilərin savadlı, vətənpərvər, sağlam düşüncə ilə böyümələri üçün bilik və bacarığını əsirgəmir. Bunun nəticəsi olaraq bu il 1a sinfi nümunəvi sinif kimi fərqlənmişdir. Şagirdlərinə çox qayğı göstərən müəllimə uşaqlar çox diqqətlə qulaq asır və onlara verilən tapşırıqları həvəslə yerinə yetirirlər. Rəna müəllimə bu qısa müddət ərzində nəinki şagirdlər, hətta valideynlər arasında çox gözəl pedaqoq kimi sevilir. Bütün sinfin şagirdləri və valideynləri minnətdarlıq əlaməti olaraq Rəna müəlliməni qarşıdan gələn 8 mart - Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edir, ona cansağlığı, kariyera yüksəlişi arzulayırlar.


Murad Şahməmmədov

Oxuməni.az