Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycanın qədim keramikası” mövzusunda mühazirə təqdim olunacaq

Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycanın qədim keramikası” mövzusunda mühazirə təqdim olunacaq

23 Sentyabr 2020 14:56
Bəyəndim (3) Bəyənmədim (0)

Sentyabrın 25-də Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycanın qədim keramikası” mövzusunda mühazirə təqdim olunacaq.

Oxuməni.az-a muzeydən bildirilib ki, rəssam Mir Teymur Məmmədovun təqdim edəcəyi mühazirədə keramikanın tarixi, hazırlanma texnikaları və müasir dövrdə inkişafından bəhs ediləcək.

Karantin qaydalarına əsasən, mühazirə iştirakçılarının sayı 10 nəfərdən artıq olmayacaq. İştirak etmək istəyənlər https://forms.gle/NiFLVXtNhAex2ens7 linkə daxil olaraq öncədən qeydiyyatdan keçə bilərlər.

Mühazirə Azərbaycan dilində aparılacaq.

Oxuməni.az