“Qarabağ – mədəniyyətimizin beşiyi”: Lex qalası

“Qarabağ – mədəniyyətimizin beşiyi”: Lex qalası

4 Noyabr 2020 17:12
Bəyəndim (9) Bəyənmədim (0)

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.

Oxuməni.az-a Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, layihə çərçivəsində növbəti material Lex qalasına həsr olunub.

Lex qalası 1993-cü ildə Ermənistan tərəfindən işğal olunan Kəlbəcər rayonunun Qanlıkənd kəndinin ərazisində yerləşir.

Uca dağ zirvəsində inşa edilən qala XIII—XIV əsrlərdə müdafiə məqsədi ilə tikilmişdir.

Qeyd edək ki, layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatların müxtəlif dillərdə qlobal internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.

Oxuməni.az