Ukrayna xüsusi təyinatlıları Rusiya işğalçılarının blindajını  məhv ediblər

Ukrayna xüsusi təyinatlıları Rusiya işğalçılarının blindajını məhv ediblər

30 Noyabr 2022 11:33
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna xüsusi təyinatlıları rus işğalçılarının möhkəmləndirilmiş blindajını top atəşləri ilə darmadağın ediblər.

Oxuməni.az xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin Facebook səhifəsində düşmən hədəfləri tamamilə məhv edildiyi bildirilib.

Qeyd edilir ki, TSSO "A" SBU – dan olan topçular hədəfi dəqiq nişan alıblar.

Xüsusi təyinatlılar rusların möhkəmləndirilmiş blindajlarını, piyadaları olan binanı və sahə sursat anbarını hədəf alaraq minaatan atəşi nə tutdular:

"Bütün düşmən hədəfləri məhv edildi! Ruslar bizi qaranlıqla qorxutmağa çalışırlar və bunun əvəzinə mövqelərində top atəşləri ilə atəşfəşanlıq edirik".

Əziz Mustafa, Oxuməni.az