Belqorodda doqquz güclü partlayış baş verib

Belqorodda doqquz güclü partlayış baş verib

31 Mart 2023 09:56
Bəyəndim (0) Bəyənmədim (0)
Cümə axşamı axşam Belqorodun mərkəzində səmada doqquz güclü partlayış baş verdi. Oxuməni.az xəbər verir ki, partlayışlar yerli vaxtla saat 22:10-dan başlayıb və 20 dəqiqə fasilələrlə davam edib. Rusiya mediasının yaydığı məlumata görə, evlərdə şüşə titrəyirdi, maşınlarda siqnalizasiya işləyirdi. Belqorod vilayətinin hökuməti yüksək səslərin Rusiya Federasiyası Silahlı Qüvvələrinin işi ilə əlaqəli olduğunu iddia edib. "Yüksək səslər Rusiya Federasiyası Silahlı Qüvvələrinin işi ilə əlaqələndirilir",-deyə bildirsə də bununla bağlı regional hökumət rəsmiləri hər hansı sübut göstərə bilməyiblər. Əziz Mustafa, Oxuməni.az