Rusiya Müdafiə Nazirliyi Moskvaya dron hücumunu təsdiqləyi

Rusiya Müdafiə Nazirliyi Moskvaya dron hücumunu təsdiqləyi

30 May 2023 15:18
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvada binalara edilən hücumda Ukrayna səkkiz təyyarə tipli pilotsuz uçuş aparatından istifadə edib. Hücumda iştirak edən bütün dronlar vurulub.

Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

"Hücumda səkkiz təyyarə tipli pilotsuz uçuş aparatı iştirak edib. Düşmənin bütün dronları vurulub", - məlumatda deyilir.

Nazirlikdən verilən məlumata görə, üç Ukrayna dronu REB vasitəsi ilə sıradan çıxarılıb, beşi Moskva vilayətindəki hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub.

Bundan əvvəl Moskva meri Sergey Sobyanin, mayın 30-da səhər İHA hücumu nəticəsində bir neçə binaya kiçik ziyan dəydiyini söylədi.

Əziz Salam