Türkiyə külli miqdarda rüşvət verilməsində ittiham olunan rusiyalını deportasiya edib

Türkiyə külli miqdarda rüşvət verilməsində ittiham olunan rusiyalını deportasiya edib

16 Fevral 19:32
Bəyəndim (0) Bəyənmədim (0)

Rüşvət verilməsində vasitəşilik etməkdə şübhəli bilinən rusiyalı Türkiyədən Vnukovoya gətirilib
Türkiyədən deportasiya edilən rusiyalı Moskvanın Vnukovo hava limanında rusiyalı saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib.

Həmin şəxs Moskva yaxınlığındakı nazirliklərdən birinə külli miqdarda rüşvət verilməsində vasitəçilik etməkdə ittiham olunur. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, o, İnterpol kanalları ilə axtarışa verilib.

İdarədən verilən məlumata görə, həmin şəxs 2022-ci ildə Moskva vilayətinin Tikinti Nazirliyi Kompleksində işləyib. Müstəntiqlərin fikrincə, o, Ruza, Boqorodski və Odintsovo şəhər rayonlarında yanacaqdoldurma məntəqələrinin tikintisinə icazə vermək üçün regional Mənzil Siyasəti Nazirliyinin əməkdaşlarına dəfələrlə rüşvət verib.

Təqsirləndirilən şəxs Rusiyanı tərk edərək xaricdə gizlənə bilib. Daha sonra polis həmin şəxsin Türkiyədə gizləndiyini öyrənib. 2023-cü ilin avqustunda o, beynəlxalq axtarışa verilib. 2024-cü ilin fevralında o Türkiyədə saxlanılıb.

Bundan əvvəl xüsusilə külli miqdarda dələduzluqda şübhəli bilinən Denis Kazağaşev Türkiyədən Rusiyaya deportasiya edilib.

Oxuməni.az