Güclü qasırğa ABŞ-da dağıntılara və ölümlərə yol açıb

Güclü qasırğa ABŞ-da dağıntılara və ölümlərə yol açıb

15 Mart 14:10
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Ohayo ştatında güclü qasırğa baş verib. Yerli mətbuatın verdiyi xəbərə görə, qasırğa yaşayış binalarına, ictimai iaşə obyektlərinə, ofislərə ciddi ziyan vurub. Bir-sıra yerlərdə elektrik naqilləri qırılib, işiq dirəkləri aşıb. Nəticədə on minlərlə insan işıqsız qalıb.

Qasırğa insan ölümlərinə də yol açıb. Belə ki, iki nəfər güclü qasırğanın qurbanı olub, 20 nəfər isə ağır yaralanıb. Yerli hakimiyyət orqanları insan ölümlərinin sayının artacağını istisna etmirlər.

Güclü külək hələlik qasırğanın ağır nəticələrini aradan qaldırmağa imkan vermir.

Hazırda qasırğa ABŞ-ın cənub-şərqinə doğru irəliləyir.

Oxuməni.az