Saxta sevgi əlaqələri quraraq fırıldaqçılıq etmək məcburiyyətində qalan yüzlərlə insan xilas edilib

Saxta sevgi əlaqələri quraraq fırıldaqçılıq etmək məcburiyyətində qalan yüzlərlə insan xilas edilib

15 Mart 14:30
Bəyəndim (0) Bəyənmədim (0)

Filippində internet üzərindən saxta sevgi əlaqələri quraraq fırıldaqçılıq etməyə məcbur edilən yüzlərlə insan polis basqını ilə xilas edilib.

BBC xəbər verir ki, paytaxt Manilanın şimalında həyata keçirilən əməliyyat nəticəsində 383-ü Filippin, 202-si Çin və 73-ü digər ölkələrdən olan 658 nəfər xilas edilib.

Xəbərə görə, sözügedən mərkəz onlayn qumar fəaliyyəti ilə məşğul olan qrum kimi qeydiyyatdan keçib.

Mərkəzdə işləmək məcburiyyətində qalan bəzi şəxslərin qaçmağa çalışdıqlarını, lakin tutulduqlarını ifadə edən Filippin polisi keçən ilin may ayında bənzər tipli bir fırıldaqçılıq mərkəzində işləməyə məcbur edilən 1000-dən çox adamı xilas etdiyini xatırladıb.

Oxuməni.az