Avropa Birliyi vətəndaşlığı alanların sayı artmaqda davam edir

Avropa Birliyi vətəndaşlığı alanların sayı artmaqda davam edir

15 Mart 14:45
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Birliyi ölkələrinin əhalisi miqrantlar hesabına artmaqda davam edir. Belə ki, müxtəlif qitələrdən fərqli səbəblərdən Avropaya köç edən miqrantların çoxu bir müddətdən sonra yerli şəraitə uyğunlaşaraq yaşadıqları ölkələrdə vətəndaşlıq statusu əldə edə bilirlər. Bu baxımdan Avropa Birliyi üzvü olmayan postsovet məkanı ölkələrindən də AB ölkələri vətəndaşlığı alanların sayı da ildən-ilə sürətlə artır. Onların arasında Moldovada olanların sayı daha çoxdur.

Moldovalılar Aİ ölkələrindən birinin vətəndaşlığını qəbul edən ilk 10 millətdən biridir. Bununla əlaqədar "Eurostat"ın araşdırmalarından məlum olub ki, hər gün təxminən 60 nəfər AB ölkələrindən birinin vətəndaşlığını alır. Statistik məlumatlara görə 2022-ci ildə 21 600 Moldova sakini AB vətəndaşlığını alıb. Moldova sakinləri ən çox etnik və dil cəhətdən demək olar eyni olan AB üzvü Rumıniyanın vətəndaşlığını alıblar.

Oxuməni.az