Ukrayna Sızran  neft emalı zavoduna zərbələr endirib

Ukrayna Sızran neft emalı zavoduna zərbələr endirib

16 Mart 11:10
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna pilotsuz uçan aparatları bu səhər Sızran şəhərində neft emalı zavoduna zərbələr endirib. Nəticədə neft emalı zavodunda güclü yanğın başlayıb. Sızran meri yanğının baş verdiyini etiraf etsə də, onun təfərrüatları barədə geniş danışmaqdan imtina edib. O, yalnız qeyd edib ki, hələlik insan tələfatı yoxdur və zavodun işçiləri hadisə yerindən təxliyə ediliblər. Yanğını söndürmək üçün onlarla yanğın söndürən maşınlar, Rusiya Fövqəladə nazirliyinin çoxlu sayda əməkdaşları cəlb ediliblər.

Xatırladaq ki, Ukraynanın pilotsuz uçan aparatları bu ilin əvvəlindən Rosneft-in Tuapse neft emalı zavodu, Ust-Luqada NOVATEK kompleksi, LUKOIL-un Nijni Novqorod neft emalı zavodu və Rosneft-in Ryazan neft emalı zavodlarına zərbələr endiriblər.

Oxuməni.az