Rusiyada prezident seçkiləri davam edir

Rusiyada prezident seçkiləri davam edir

16 Mart 11:36
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada martın 17-də, bazar günü prezident seçkiləri keçiriləcək. Bununla belə artıq martın 15-dən başlayaraq Rusiyanın müxtəlif bölgələrində və ucqarlarında seçkilərə start verilib.

Bu gün isə səhər tezdən Rusiyanın hazırki prezidenti Vladimir Putin onlayn qaydada səs verib.

Bununla bağlı prezidentin mətbuat xidməti canlı yayım yayıb.

Qeyd edək ki, sabah Rusiyanın böyük ərazisində genişmiqyaslı prezident seçkilər keçiriləcək. Öncədən əhaliyə xəbərdarlıq edilib ki, seçkilərdə iştirak etməyənlər cəzalandırılacaqlar. Səsvermənin ilkin nəticələri martın 18-də elan ediləcək.

Oxuməni.az