Litva hökuməti daxilində dəyişikliklər qarşıdan gələn parlament seçkiləri ilə əlaqədardır

Litva hökuməti daxilində dəyişikliklər qarşıdan gələn parlament seçkiləri ilə əlaqədardır

16 Mart 14:15
Bəyəndim (0) Bəyənmədim (0)

Litva hökuməti payızda keçiriləcək parlament seçkilərinə hazırlaşır. Bununla bağlı indidən hökumət daxilində bəzi struktur və kadr dəyişikliklərinə baş vurulmaqdadır.

Bu baxımdan diqqəti cəlb edən Litva Müdafiə Nazirliyinin rəhbəri Arvidas Anusauskasın tutduğu vəzifəsindən istefa verməsidir. Rusiya mətbuatında Arvidas Anusauskasın istefası hakimiyyət daxilində parçalnma kimi dəyərləndirilib. Buna cavab olaraq Baş nazir İnqrid Şimonite bildirib ki, müdafiə nazirinin istefası orduda çevik işlərin görülməsi və onun hərbi gücünün daha da artırılması ilə bağlıdır.

Simonite deyib ki, bu, "hər hansı kəskin şəkildə dəyişən təhlükəsizlik vəziyyəti" ilə əlaqəli deyil: "Hökumət siyasi strukturdur. Dəyişikliklər yetişəndə ​​baş verir"..

Oxuməni.az