Litva Rusiyaya münasibətdə növbəti sərt addımlar atmağa  başlayıb

Litva Rusiyaya münasibətdə növbəti sərt addımlar atmağa başlayıb

18 Mart 16:01
Bəyəndim (0) Bəyənmədim (0)

Beynəlxalq aləmdə Rusiyaya münasibətdə ən sərt addımlar atılmasının tərəfdarı olan Litva Kremlə daha bir zərbə endirməyə başlayıb. Belə ki, Litva Rusiyadan idxal olunan yemlik taxılın yoxlanılmasını həyata keçirir. Bununla bağlı Litva Kənd Təsürrüfatı Nazirliyi bəyan edib ki, bundan məqsəd yemlik taxılda canlı orqanizm üçün zərərli maddələrin olub-olmamasını araşdırmaqdır. Bu məqsədlə yemlik taxıl daşınan bütün vaqonlar və yük maşınları ciddi şəkildə yoxlanılacaq.

Gələcəkdə Litva ərazisi ilə ixrac olunan ərzaq buğdası da analoji qaydada yoxlanmalara məruz qalacaq.

Oxuməni.az