Entoni Blinken yenidən vasitəçilik missiyası ilə səfərə çıxmağa hazırlaşır

Entoni Blinken yenidən vasitəçilik missiyası ilə səfərə çıxmağa hazırlaşır

19 Mart 11:20
Bəyəndim (0) Bəyənmədim (0)

İsraillə HƏMAS arasında davam edən qanlı toqquşmalar ABŞ-ı vəziyyətdən çıxış yolu axtarmağa məcbur etməkdədir. Bunu ABŞ dövlət katibi Entoni Blinkenin yaxın bir neçə gündə Səudiyyə Ərəbistanı və Misirə səfər etməyə hazırlaşması da bir daha göstərir.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin verdiyi açıqlamaya görə, Blinken gözlənilən səfəri çərçivəsində İsraillə HƏMAS arasında atəkəs elan edilməsi və girovların azad olunması məsələsini müzakirə etmək niyyətindədir.

Blinken həmçinin Qəzzaya humanitar yüklərin çatdırılması və Qırmızı dənizdə husilərin hücumlarına son qoyulması məsələsini də Səudiyyə Ərəbistanı və Misir rəhbərliyi ilə nəzərdən keçirməyi planlaşdırır.

Oxuməni.az