Çin Avropa ilə etimadsızlığı aradan qaldırmaq niyyətindədir

Çin Avropa ilə etimadsızlığı aradan qaldırmaq niyyətindədir

19 Mart 13:40
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna ərazilərini işğal edən Rusiyanı müxtəlif yollarla müdafiə edərək ona pərdəarxasından hərbi-texniki yardımlar göstərən və buna görə Avropada özünü nüfuzdan salan Çin deyəsən öz "səhv"ini düzəltmək niyyətinə düşüb. Bunu uzun sürən fasilədən sonra Çin prezidenti Si Sinpinin may ayında Fransaya səfərə çıxmağa hazırlaşması da bir daha təsdiq edir. Çinin dövlət başçısının Parisdə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 60 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə iştirak edəcəyi gözlənilir.

Səfər çərçivəsində Fransanın yüksək səviyyəli dövlət rəsmiləri, o cümlədən prezident Emmanuel Makronla keçirəcəyi görüşlərdə Si Sinpinin Avropa-Çin münasibətlərindəki soyuqluğun aradan qaldırılması, Rusiyanın Ukrayna ərazilərini işğalına münasibət və digər məsələləri müzakirə edəcəyi gözlənilir.

Oxuməni.az