Əhalisinin sayı 10 mindən yuxarı olan kəndlərə şəhər statusu veriləcək

Əhalisinin sayı 10 mindən yuxarı olan kəndlərə şəhər statusu veriləcək

19 Mart 14:05
Bəyəndim (0) Bəyənmədim (0)

Bəzi kəndlərdə 30 mindən yuxarı insanın yaşaması Qazaxıstanı müvafiq addımlar atmağa məcbur etməkdədir. Belə ki, son statistik məlumatlara görə, Qazaxıstanda əhalisinin sayı 30 mindən yuxarı olan 18 kənd var. Bununla bağlı məsələ artıq rəsmi səvviyyədə ciddi müzakirələr hədəfinə çevrilib. Qazaxıstanın Milli iqtisadiyyat naziri Nurlan Baybazarov hökumətin iclasında əhalisi 30 mindən yuxarı olan yaşayış məskənlərinin kənd statusunda olmasının məntiqi baxımdan anlaşılmaz olduğunu deyib. Onun sözlərinə görə, belə kəndlərin sayı 18-dən çoxdur və onlara şəhər statusunun verilməsi qaçılmazdır.

Nazir eyni zamanda əhalisinin sayı 10 mindən yuxarı olan kəndlərin problemlərinə də diqqəti cəlb edib. Nurlan Baybazarov belə kəndlərin sayının 112 olduğunu söyləyib və onlara da şəhər statusunun verilməsi məsələsinin gündəmdə olduğunu bildirib.

Oxuməni.az