Rusiya Çinlə əməkdaşlığı daha da genişləndirmək niyyətindədir

Rusiya Çinlə əməkdaşlığı daha da genişləndirmək niyyətindədir

19 Mart 15:06
Bəyəndim (0) Bəyənmədim (0)

2024-cü ildə Rusiya-Çin əməkdaşlığının daha da inkişaf etdiriləcəyi gözlənilir. Buna əsas sübut kimi isə yenidən prezident seçilən Vladimir Putinin ilk rəsmi səfərini Pekinə edə biləcəyidir. Bununla bağlı yayılan məlumatlara münasibət bildirən Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib ki, ölkə rəhbərinin xaricə səfərləri xüsusi qaydada hazırlanır. Onun sözlərinə görə bu məsələdə ilk növbədə Rusiyaya ən yaxın strateji müttəfiq olan ölkə nəzərə alınacaq. Hazırda Belarus istisna olmaqla beynəlxalq aləmdə Rusiyaya ən yaxın ölkə Çin hesab edilir.

Putinin yenidən prezident seçildikdən sonra ilk səfərini Çinə edəcəyini onun son açıqlaması da sübut edir.

Belə ki, dünən Putin Qostiny Dvordakı çıxışında Moskva və Pekinin maraqlarının üst-üstə düşdüyünü və qarşıdakı illərdə də əlaqələrin daha da gücləndirələcəyini deyib.

Xatırladaq ki, Pusiya prezidenti sonuncu dəfə 2023-cü ilin oktyabr ayında Çinə səfər edib.

Oxuməni.az