Türkmənistanla ABŞ arasında münasibətlər inkişaf etdiriləcək

Türkmənistanla ABŞ arasında münasibətlər inkişaf etdiriləcək

23 Mart 12:40
Bəyəndim (0) Bəyənmədim (0)

Türkmənistanla ABŞ arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində müəyyən addımlar atılmaqdadır.

"Bayden administrasiyası Türkmənistanla əlaqələrin yeni mərhələyə çatdırılmasında maraqlıdır".

Bu barədə ABŞ prezidenti Co Baydenin Novruz bayramı münasibəti ilə Türkmənistan prezidenti Serdar Berdiməhəmmədova göndərdiyi təbrik məktubunda deyilir. Məktubda qeyd edilir ki,Türkmənistan-ABŞ münasibətlərinin dərinləşdirilməsinin tərəfdarıdır və bunun üçün bütün imkanlardan istifadə edəcək.

Məktubda Bayden bildirib ki, Türkmənistan rəhbərliyi ilə ən yüksək səviyyədə işləməyi səbirsizliklə gözləyir.

Bayden Türkmənistan liderinə, onun ailəsinə və türkmən xalqına xoş günlər, sabitlik və tərəqqi arzulayıb.

Oxuməni.az