Filippin Çini bölgəni yeni qanlı münaqişələrə  sürükləməkdə günahlandırıb

Filippin Çini bölgəni yeni qanlı münaqişələrə sürükləməkdə günahlandırıb

25 Mart 09:52
Bəyəndim (0) Bəyənmədim (0)

Filippinlə Çin arasında çəkişmələr davam edir.

Bunu Filippinlə Çin arasında Çin dənizindəki insidentlə bağlı davam çəkişmələr və Manilanın Pekinə sərt şəkildə etiraz etməsi də bir daha təsdiq edir. Belə ki, Filippin Çinin Maniladakl səfirliyinin müvəqqəti işlər vəkilini xarici işlər nazirliyinə çağıraraq ona neytral sularda üzən gəmisinə qarşı güc tətbiq etməsini pisləyib və Pekinə olduqca sərt formada etiraz edib.

Çin rəsmisinə bildirilib ki, Ayungin Shoal bölgəsində “Unaizah 4 May” təchizat gəmisinə Çinin sahil mühafizə xidməti tərəfindən hücum edilməsi və onu zədələməsi beynəlxalq hüququn tapdalanmasıdır və bu, Pekinin qonşu ölkələrə münasibətdə həyata keçirdiyi təcavüzkarlıq və işğalçılıq siyasətinin tərkib hissəsidir.

Öz növbəsində Çin adı çəkilən məsələdə Filippini günahlandıraraq bunu qarşı tərəfə məxsus gəminin qeyri- peşəkarlığı ilə izah edib

Oxuməni.az