Bayram günlərində baş verən qəzalar 417 nəfərin həyatına son qoyub

Bayram günlərində baş verən qəzalar 417 nəfərin həyatına son qoyub

25 Mart 11:11
Bəyəndim (0) Bəyənmədim (0)

İranda Novruz bayramı günlərində baş verən yol qəzalarında 417 nəfər ölüb. Novruz bayramı ilə əlaqədar şəhərlərarası yollarda hərəkətin artdığı İranda son 10 gündə yol qəzalarında 417 nəfərin həyatını itirdiyi açıqlanıb.

İran Yol Polisi İdarəsinin rəisi Timur Hüseyni Novruz günlərində ölkə ərazisində baş verən yol qəzaları barədə məlumat açıqlayıb.

Hüseyni, "14-24 mart tarixləri arasında baş verən yol qəzalarında 417 nəfərin həyatını itirdiyini, 11 min 392 nəfərin isə yaralandığını" bildirib.

İran rəsmisi qəzaların yorğunluq, yuxusuzluq, diqqətsizlik və sürət kimi səbəblərdən baş verdiyini qeyd edib...

Oxuməni.az