Latviya NATO ölkələrinin hərbi xərclərinin artırılmasını istəyir

Latviya NATO ölkələrinin hərbi xərclərinin artırılmasını istəyir

25 Mart 12:07
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya tərəfindən əmələ gələn təvavüz təhlükəsi ilə bağlı Latviya yeni təşəbbüslə çıxış edib.

Bununla bağlı Latviya Prezidenti Edqars Rinkeviçs“Financial Times” (FT) nəçrinə verdiyi açıqlamasında deyib ki, Rusiyadan gələn təcavüz təhlükəsi ilə bağlı NATO-ya üzv dövlətlər "Soyuq Müharibə" dövrü xərclərinə qayıtmağa məcburdurlar. Onun sözlərinə görə, əks halda Avropanın başı üzərini yenidən rus faşizmi təhlükəsi alacaq.

Latviya prezidentinin bu təşəbbüsü Estoniya dövlət başçısı tərəfindən də dəstəklənib. Belə ki, Estoniya prezidenti Alar Karis də NATO-ya üzv dövlətlərin hərbi xərclərinin keçmişdə "Soyuq müharibə" dövründə olduğu kimi artırılmasının qaçılmaz zərurətə çevrildiyini vurğulayıb. Onun sözlərinə görə, Rusiyadan gələn təhlükənin qarşısını yalnız bu yolla almaq olar.

Oxuməni.az