Estoniyada nazir dəyişikliyi olub

Estoniyada nazir dəyişikliyi olub

25 Mart 17:22
Bəyəndim (0) Bəyənmədim (0)

Estoniyada Ədliiyə naziri dəyişdirilib. Belə ki, Estoniya prezidenti Alar Karis Ədliyyə naziri Kalle Laanetin istefaya getməsi barədə xahişini nəzərdən keçirərək qəbul edib.

Bununla bağlı "Postimees" qəzetinin yazdığına görə, Laanetin istefaya getməsinə səbəb onun ogey oğlu üçün dövlət vəsaiti hesabına mənzil kirayə etməsi olub. Bu məlumat mətbuatda geniş əks -səda verdiyindən Laanet mart ayının 16-da istefa verdiyini bəyan etməyə məcbur olub. Keçmiş nazir haqqında artıq cinayət işi başladılıb.

Öz növbəsində Alar Karisin qəbul etdiyi qərarla Madis Timpsonu ölkənin yeni Ədliyyə naziri olub. Timpson bu vəzifəyə təyin edilməzdən öncə Viljandi şəhərinin meri olub. Yeni nazir ixtisasca hüquqşünasdır.

Oxuməni.az