Yaponiya ordusunda islahatlar aparılır

Yaponiya ordusunda islahatlar aparılır

26 Mart 09:46
Bəyəndim (0) Bəyənmədim (0)

Çin və Şimali Koreyadan gələn təhlükə ilə əlaqədar Yaponiya öz ordusunu müasirləşdirməkdə və çevik hərbi birləşmələr yaratmaqda davam edir. Bu müstəvidə də Yaponiyada ABŞ Dəniz Piyadaları Korpusuna oxşar yeni çevik hərbi dəniz qüvvələr yaradılıb. Yeni hərbi çevik hərbi dəniz qüvvələri 3 min nəfərdən ibarət olacaq.

Bununla bağlı Yaponiyanın "Sankei" qəzeti yazır ki, məqsəd Şimali Koreyaya və Çinə qarşı ordunu daha da gücləndirməyə xidmət edir. Yeni yaradılan çevik hərbi dəniz güclərinin Miyako və İşigaki adalarında yerləşdirilməsi nəzərdə tutulub.

Oxuməni.az