ABŞ Suriyada hərbi varlığını qoruyub saxlamaq niyyətindədir

ABŞ Suriyada hərbi varlığını qoruyub saxlamaq niyyətindədir

26 Mart 10:07
Bəyəndim (0) Bəyənmədim (0)

Suriyada baş verən münaqişə müstəvisində ABŞ hər vasitə ilə bölgədəki varlığını qoruyub saxlamağa çalışır. Bu baxımdan ABŞ-ın Suriyadakı terrorçularla mübarizəsini davam etdirməsi diqqəti cəlb edib. Belə ki, bu gecə ABŞ hərbi hava qüvvələri Deyr əz-Zor bölgəsindəki terrorçu qruplaşmaların hədəflərinə raket-bomba zərbələri endiriblər. Hadisə bölgəsindən məlumat yayan “Al Mayadeen” telekanalı bildirib ki, hava zərbələri nəticəsində güclü dağıntılar, ölən və yaralananlar var.

Xatırladaq ki, ABŞ hərbi hava güclərinin Deyr əz-Zor bölgəsindəki terrorçu qruplaşmaların hədəflərinə zərbələr endirməsinə səbəb qarşı tərəfin Harrab əl-Cəirdəki hərbi aerodromunu raketlərlə atəşə tutması olub.

Oxuməni.az