Yaponiya xaricə müasir qırıcı təyyarələr satmağa hazırlaşır

Yaponiya xaricə müasir qırıcı təyyarələr satmağa hazırlaşır

26 Mart 12:57
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyanın silah satışı bazarına daxil olmağa can atan Yaponiya bununla bağlı bəzi problemləri aradan qaldırmağa nail olub. Belə ki, uzun tərəddüdlərdən sonra nəhayət ki, Yaponiya Nazirlər Kabineti yeni nəsil qırıcıların xaricə satılmasına qoyulan qadağanı aradan qaldıra bilib. Bu çərçivədə də Yaponiya Nazirlər kabinetinin qırcı tıyyarələrin xaricə satışına qoyulan qadağanı aradan qaldırması ölkənin hərbi sənayesi qarşısında geniş imkanların açacağını göstərir.

Məsələyə münasibət bildirən Nazirlər Kabinetinin Baş Katibi Yoşimasa Hayaşi deyib ki, xaricə müasir qırıcı təyyarəlrin satılmasına qoyulan qadağanın aradan qaldırılması ölkənin sülhsevər siyasətinə təsir etməyəcək. Onun sözlərinə görə, bununla da Yaponiya sülhsevər bir millət olaraq öz prinsiplərinə sadiq qaldığını bir daha nümayiş etdirib.

Oxuməni.az