Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib

26 Mart 15:41
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə İŞİD-ə qarşı mübarizə davam etməkdədir. Bu müstəvidə də Türkiyədə növbəti dəfə İŞİD tərəfdari və onlarla əlaqədə olmaqda şübhəli bilinənlərə qarşı növbəti dəfə genişmiqyaslı əməliyyat keçirilib.

Əməliyyat nəticəsində Terror təşkilatını dəstəkləyən və onlarla əlaqədə olması ehtimal edilən 147 nəfər həbs edilib. Məsələ ilə bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Əli Erlikaya verdiyi açıqlamada deyib ki, axtarışlar zamanı 147 nəfərin İŞİD-çilərlə əlaqədə olmasına əsaslı şübhələr yaranıb və onlar həbs edilib.

Həbs edilənlərin çoxundan xarici valyutalar və saxta sənədlər tapılıb. O qeyd edib ki, İŞİD-ə qarşı mübarizə terorun və terrorçuların kökü kəsillinədək davam etdiriləcək.

Oxuməni.az