Bayden ABŞ-ın neft ehtiyatını xərcləyib

Bayden ABŞ-ın neft ehtiyatını xərcləyib

27 Mart 13:38
Bəyəndim (0) Bəyənmədim (0)

Son bir neçə il ərzində yeraltı anbarlardan yanacaq ABŞ-ın daxili bazarına aktiv şəkildə tədarük edilir. Hakimiyyət neftin bahalaşması ilə mübarizə aparmayıb. Qiymət balansını qorumaq üçün ehtiyatların təxminən 40%-i bazara çıxarılıb.

Hazırda ABŞ-ın strateji neft ehtiyatı son 30 ildəkindən aşağı səviyyədədir. RİA Novosti yazır ki, indi seçkiqabağı Co Bayden itkilərini kompensasiya etməyə çalışır.

2021-ci ildə ABŞ-ın anbarlarında yanacağın həcmi 600 milyon bareldən çox olub. Son məlumatlara görə, indi anbarlarda cəmi 362 milyon barel qalıb.

ABŞ Energetika Nazirliyi isə bildirib ki, neftin qiyməti normallaşan kimi ehtiyatlar bərpa ediləcək. Analitiklər isə qeyd edirlər ki, ölkəyə neft idxalı olmasa hər şey bitər…

Oxuməni.az